Prezident R.T.Ərdoğan Böyük Britaniyanın Baş naziri K.Starmer ilə telefon danışığı aparıb
R.T.Ərdoğan ABŞ və İsrailin İrana qarşı hücumlarından sonra regionda artan gərginliklə bağlı narahatlığını ifadə edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə telefon danışığı aparıb. Bu barədə məlumat Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən verilib.
Bildirilir ki, söhbət zamanı ölkə başçısı R.T.Ərdoğan Amerika Birləşmiş Ştatları və İsrailin İrana qarşı hücumlarından sonra gərginliyin artması ilə bağlı narahatlığını dilə gətirib.
Prezident R.T.Ərdoğan deyib: “Türkiyə İrana qarşı hücumlarla başlayan prosesi yaxından izləyir. Müdaxilələrin uzanması regional və qlobal sabitliyə ciddi zərər vura bilər. Dialoq üçün zəmin yaratmaq məqsədilə hələ də atıla biləcək addımlar mövcuddur və sülh yönümlü səylərimiz davam edir.”
Məlumata görə, telefon danışığı zamanı Türkiyə ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlər, həmçinin regional və qlobal hadisələr də müzakirə olunub.
Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin açıqlamasına əsasən, dövlət başçısı R.T.Ərdoğan xüsusilə müdafiə sənayesi başda olmaqla bütün sahələrdə Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində güclü qətiyyətini bir daha vurğulayıb və bu əməkdaşlığın inkişafı üçün addımların davam etdiriləcəyini bildirib.