Liviyada təcili yardım helikopteri qəzaya uğrayıb
Fevralın 9-da Liviyada "Əl-Sərra" bazasında tibbi təxliyə missiyasından qayıdan təcili yardım helikopteri qəzaya uğrayıb.
Fevralın 9-da Liviyada "Əl-Sərra" bazasında tibbi təxliyə missiyasından qayıdan təcili yardım helikopteri qəzaya uğrayıb. Yerli media orqanlarının məlumatına görə, hadisə nəticəsində beş nəfər həlak olub.
"Al Wasat" xəbər portalının hadisədən məlumatlı mənbələrə istinadən yaydığı xəbərə görə, qəza Kufra şəhərindən təxminən 300 kilometr cənub-şərqdə baş verib.
Həlak olanlar arasında hərbi nəqliyyat xidmətinin iki üzvü və Kufradakı xəstəxanalardan birinin tibb bacısı da var. Məlumatda bildirilir ki, hadisə nəticəsində helikopteri idarə edən iki pilot da həlak olub.
Qəzanın səbəbi hələ məlum deyil. Liviya hakimiyyəti hadisə ilə bağlı rəsmi açıqlama verməyib.