İsrail rəsmisi: ''İran ərazisində 3400-dən çox hərbi hədəfə hava zərbələri endirilib''
İsrail rəsmisi ölkəsinin İran ərazisindəki hərbi obyektlərə və raket infrastrukturuna yönəlmiş genişmiqyaslı hava əməliyyatları barədə məlumat verib.
İsrail rəsmisi ölkəsinin İran ərazisindəki hərbi obyektlərə və raket infrastrukturuna yönəlmiş genişmiqyaslı hava əməliyyatları barədə məlumat verib.
"The Washington Post" qəzetinə müsahibə verən rəsmi nümayəndə bildirib ki, fevralın 28-dən etibarən ABŞ ilə koordinasiyalı şəkildə başladılan hücumlar çərçivəsində İran daxilində təxminən 3400 hədəfə 6000-dən çox hava zərbəsi endirilib.
Məlumata görə, bu əməliyyatlar İranın raket istehsalı imkanlarını məhdudlaşdırmaq, hərbi infrastrukturunu sıradan çıxarmaq və İsrailin təhlükəsizliyinə təhdid yaradan strateji nöqtələri zərərsizləşdirmək məqsədi daşıyır.
Hərbi rəsmi vurğulayıb ki, bu addımlar Tehranın İsrailə qarşı raket sistemləri hazırlamasının və ya yerləşdirməsinin qarşısını almağa yönəlmiş daha geniş hərbi kampaniyanın bir hissəsidir.
İran tərəfi də bu hücumlara cavab olaraq İsrail daxilindəki hədəflərə raket və PUA zərbələri endirib. Tehran həmçinin regionda ABŞ və İsrailin maraqlarına cavabdeh olduğunu müəyyən etdiyi müxtəlif hərbi mövqeləri hədəf aldığını bəyan edib.