İstanbul TEKNOFEST festivalına ev sahibliyi edir
Festival İstanbul Atatürk Hava Limanında Türkiyə Texnologiya Komandası (T3) Vəqfi və Türkiyənin Sənaye və Texnologiya Nazirliyi tərəfindən təşkil olunub
Türkiyənin ən nüfuzlu texnologiya festivalı TEKNOFEST sentyabrın 17-də İstanbulda ziyarətçilərin üzünə qapılarını açdı. Tədbir İstanbul Atatürk Hava Limanında Türkiyə Texnologiya Komandası (T3) Vəqfi və Türkiyənin Sənaye və Texnologiya Nazirliyi tərəfindən təşkil olunub.
TEKNOFEST 2018-ci ildən bəri dövlət qurumları, özəl sektor tərəfdaşları və universitetlərin dəstəyi ilə hər il keçirilir. Hər il yenilənən yarışma kateqoriyaları ilə diqqət çəkən festival bu il 58 əsas tədbir və 137 alt kateqoriyadan ibarətdir.
Dünyanın müxtəlif ölkələrindən qatılan iştirakçılar burada texnologiyanın inkişafı üçün mühüm nailiyyətlər əldə edir və biliklərini paylaşırlar.
TEKNOFEST təkcə texnologiya yarışmaları ilə deyil, həmçinin müxtəlif hava şouları, sərgilər, seminarlar, simulyasiya zonaları, planetarium, ticarət sərgisi və tələbələr üçün xüsusi uçuş tədbirləri ilə də ziyarətçilərə maraqlı proqramlar təqdim edir.
Festival 21 sentyabra qədər davam edəcək.
TEKNOFEST indiyədək iki dəfə xaricdə – Azərbaycanda və Şimali Kipr Türk Respublikasında da təşkil olunub. Festivalın dəniz versiyası olan “Mavi Vətən” isə ötən ay İstanbulda keçirilib.
Keçən il Türkiyənin cənubundakı Adanada keçirilən TEKNOFEST təxminən 1,1 milyon ziyarətçi qəbul edib. Ümumilikdə isə indiyədək festivalı təxminən 11 milyon insan ziyarət edib.