SİYASƏT
1 dəqiqə oxuma
İsrail tərəfindən saxlanılan 36 Türkiyə vətəndaşı ölkələrinə qayıdır
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi açıqlama yayıb
İsrail tərəfindən saxlanılan 36 Türkiyə vətəndaşı ölkələrinə qayıdır
Qlobal Sümud Donanması
4 oktyabr 2025

Türkiyə Xarici İşlər Nazirliyi beynəlxalq sularda İsrail qüvvələri tərəfindən saxlanılan 36 Türkiyə vətəndaşının oktyabrın 4-də (bu gün) xüsusi reyslə Türkiyəyə gətiriləcəyini bildirib. Nazirliyin sözçüsü sosial şəbəkə “X” üzərindən verdiyi açıqlamada deyib: “Dəqiq say hələlik müəyyənləşməyib. Qalan vətəndaşlarımızın da ən qısa zamanda Türkiyəyə dönə bilmələri üçün zəruri prosedurların tamamlanması istiqamətində işlər davam etdirilir.”

Həmçinin planlaşdırılan uçuşda üçüncü ölkə vətəndaşlarının da olacağı qeyd edilib.

Xatırladaq ki, İsrail qüvvələri oktyabrın 2-də Qlobal Sümud Donanmasına hücum edərək gəmiləri ələ keçirib və 50-dən çox ölkədən olan 470-dən artıq aktivisti saxlayıb. Donanmanın əsas məqsədi Qəzzaya humanitar yardım çatdırmaq və İsrailin tətbiq etdiyi blokadanı yarmaq idi.

 

470-dən artıq fəal saxlanılıb

Qeyd edək ki, beynəlxalq qeyri-hökumət təşkilatlarından ibarət Azadlıq Donanması Koalisiyası (FFC) 2010-cu ildən bəri Qəzza blokadasını qırmaq və bölgədəki humanitar böhrana diqqət çəkmək üçün müxtəlif təşəbbüslər həyata keçirir. İsrail isə təxminən 18 ildir 2,4 milyon insanın yaşadığı Qəzzanı blokada altında saxlayır.

Eyni zamanda, 2023-cü ilin oktyabrından bəri İsrailin intensiv bombardmanları nəticəsində, çoxu qadın və uşaq olmaqla, təqribən 66 min fələstinli qətlə yetirilib. Davam edən soyqırım Qəzzanı yaşanmaz vəziyyətə salıb, blokada isə bölgəni aclıq və qıtlığa məhkum edib.

MƏNBƏ:TRT
Araşdırma
Tanzaniyada 200-dən çox şəxs vətənə xəyanətdə ittiham olunur
ABŞ Cənubi Afrikada keçiriləcək G20 sammitinə qatılmayacaq
HƏMAS: İsrailin yaşayış məntəqələrini genişləndirməsi daha geniş ilhaq planının hissəsidir
ABŞ Qəzzaya sülhməramlı qüvvələrin göndərilməsi barədə qətnaməni BMT TŞ-nin üzvlərinə təqdim etdi
D.Tramp: "N.Maduronun hakimiyyəti bitmək üzrədir"
Tramp: "ABŞ Netanyahuya kömək etmək üçün hüquqi ittihamlarla bağlı proseslərə daxil olacaq"
Tramp Rusiya və Çinin gizli nüvə sınaqları keçirdiyini bildirib
ABŞ və Çin arasında hərbi əməkdaşlıq qurulacaq
Pakistan ilə Əfqanıstan arasındakı “Torkham” nəzarət-buraxılış məntəqəsi yenidən açılıb
Rusiya Ukraynaya məxsus pilotsuz uçuş aparatlarını məhv edib
İsrail hərbi baş prokuroru işgəncə görüntüləri sızdırdığını etiraf edərək istefa verib
Tanzaniyada Samia Hasan qələbəsini elan edib, yüzlərlə insanın öldürüldüyü bildirilir
Moskvanın Ukrayna tələblərində israr etməsi Tramp-Putin zirvə görüşünün qarşısını aldımı?
Suriya Kosovonu müstəqil və suveren dövlət kimi tanıdı
Volodimir Zelenski: “Ukraynanın Avropa İttifaqının dəstəyinə ehtiyacı var”
İordaniya Kralı Qəzzada sülhün təzyiqlə davam etdirilməsinə deyil, qorunmasına ümid edir
Belçikanın müdafiə naziri Teo Franken Rusiyanı hədələdi
Baş nazir: "Slovakiya Ukraynaya hərbi yardım planında iştirak etməkdən imtina edir"
Meloni Aİ-nin sanksiyalarını dəstəkləməyə söz verib
Çin İsraili BƏM-nin qərarına əməl etməyə və Qəzzaya yardım üçün BMT ilə işləməyə çağırıb