Pakistanda Xameneinin öldürülməsi ilə bağlı etiraz aksiyası keçirilib

Pakistanın ticarət mərkəzi olan Kəraçi şəhərində bazar günü qanlı toqquşmalar baş verib

By
Pakistanda Xameneinin öldürülməsi ilə bağlı etiraz aksiyası keçirilib / Reuters

Pakistanın ticarət mərkəzi olan Kəraçi şəhərində bazar günü qanlı toqquşmalar baş verib.

ABŞ və İsrailin birgə əməliyyatı nəticəsində Əli Xameneyinin öldürülməsinə etiraz edən nümayişçilərlə polis arasında qarşıdurma baş verib.

Rəsmi məlumatlara görə, hadisələr zamanı ən azı 9 nəfər həyatını itirib, çox sayda insan yaralanıb.

Yüzlərlə etirazçı şəhərin cənubunda yerləşən ABŞ konsulluğuna doğru yürüş edib. Polisin nümayişçiləri dayandırmaq üçün gözyaşardıcı qazdan istifadə etdiyi və atəş açdığı bildirilir.

Sosial mediada yayılan görüntülərdə onlarla etirazçının konsulluq ərazisinə daxil olduğu və binanın qəbul otağının pəncərələrini sındırdığı əks olunub.

Təcili yardım və "Edhi" Fondunun rəhbəri Feysəl Edhi 9 nəfərin öldüyünü və 30 yaralının olduğunu təsdiqləyib.

Hazırda bölgədə gərginlik və toqquşmalar davam edir.