ABŞ-yə məxsus qırıcı İraqın qərbində qəzaya uğrayıb
ABŞ ordusunun verdiyi məlumata görə, ordusya məxsus KC-135 tipli təyyarə İraqın qərbində qəzaya uğrayıb
ABŞ ordusunun verdiyi məlumata görə, Amerika ordusuna məxsus KC-135 tipli təyyarə İraqın qərbində qəzaya uğrayıb. Hadisədə iştirak edən ikinci təyyarə isə təhlükəsiz şəkildə yerə enib.
Yaxın Şərqdəki Amerika qüvvələrindən məsul olan ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) verdiyi bəyanatda, "Təyyarələrdən biri İraqın qərbində qəzaya uğradı, ikincisi isə təhlükəsiz şəkildə endi. Bu hadisə düşmən atəşi və ya dost atəşi səbəbindən baş verməyib" deyə bildirib.
KC-135 Küveyt üzərində dost atəşi ilə vurulan üç F-15-dən sonra İrana qarşı müharibə zamanı itirilən ən azı dördüncü ABŞ hərbi təyyarəsi olub.
ABŞ Hərbi Hava Qüvvələrinin məlumatına görə, 60 ildən artıqdır fəaliyyət göstərən KC-135-lərin adətən üç nəfərlik heyətə malikdir: bir pilot, bir köməkçi pilot və digər təyyarələrə yanacaq doldurmaq üçün istifadə edilən bumu idarə edən üçüncü şəxs.
Lakin Hərbi Hava Qüvvələrinin məlumat qeydinə əsasən, bəzi KC-135 tapşırıqları naviqasiya zabiti tələb edir və təyyarə 37-yə qədər sərnişin daşıya bilir.
28 fevralda başlayan müharibənin ilk günlərində Küveyt qüvvələri səhvən üç Amerika F-15E qırıcı təyyarəsini vursa da, CENTCOM-un məlumatına görə, həmin təyyarələrdəki altı heyət üzvünün hamısı katapult edərək təyyarəni tərk edə bilib.
CENTCOM həmin vaxt bu hadisənin "İran təyyarələrinin, ballistik raketlərin və pilotsuz uçuş aparatlarının hücumları" da daxil olmaqla, toqquşmalar zamanı baş verdiyini qeyd etmişdi.