İran məhdudiyyətləri yumşaldır, ölüm sayı artarkən xaricə zənglərə icazə verir

İran bir sıra məhdudiyyətləri yumşaldaraq, günlərdir ilk dəfə mobil telefonlarla xaricə zəng edilməsinə icazə verib

By
İran polisi / Reuters

Ölkə daxilində davam edən etirazlarda ölənlərin sayı ən az 646 nəfərə çatıb. İnternet üzərindəki məhdudiyyətlər isə hələ də davam edir və mesajlaşma xidmətləri açılmayıb. Paytaxt Tehrandakı bir neçə sakin “Associated Press” agentliyinə bildirib ki, iranlılar xaricə zəng edə bilir, lakin xaricdən onlara zəng etmək mümkün deyil.

Adlarının açıqlanmasını istəməyən şahidlər “SMS xidmətləri hələ də bağlıdır və yerli istifadəçilər yalnız dövlət təsdiqli veb saytlarına daxil ola bilir, lakin xarici saytlara çıxışları yoxdur. Üstəlik, ölkə daxilində və xarici əlaqələrdə məhdudiyyətlərin davam etməsi, yumşaldılıb-yumşaldılmayacağına dair qeyri-müəyyənlik davam edir” deyiblər.

İnternet kəsintisi
Müşahidəçi təşkilatının məlumatına görə, İranın ölkə üzrə internet kəsintisi 108 saatdan çoxdur. Təşkilat bildirib ki, bu, etirazların miqyasını gizlətmək məqsədilə həyata keçirilir.

İsrail hazır gözləyir
İsrail ordusu İrandakı etirazları daxili məsələ adlandıraraq sürpriz hadisələrə qarşı hazırlıqda olduğunu, lakin mülkilərə yönəlik tədbirlərdə dəyişiklik etmədiyini açıqlayıb. İsrail hərbi sözçüsü briqada komandanı Effie Defrin bildirib: “İrandakı etaraz aksiyaları daxili məsələdir”.

Qeyd edək ki, yaz aylarında İranın nüvə proqramına yönələn hücumlar 12 günlük müharibəyə səbəb olmuş, bu döyüşlərdə təxminən 1200 iranlı və 30-a yaxın israilli həlak olmuşdu. ABŞ prezidenti Donald Trump isə İranla ticarət edən ölkələrə 25 faiz gömrük vergisi tətbiq edəcəyini elan edib və Tahranın etirazları zorakı üsullarla yatırması halında hərbi müdaxilə ehtimalını dilə gətirib.