DÜNYA
1 dəqiqə oxuma
Nobel İnstitutu:''Maria Korina Maçado Osloda keçirilən mərasimdə iştirak etməyib''
Nobel Sülh Mükafatı laureatı Maria Korina Maçado Osloda keçirilən mərasimində iştirak etməyib
Nobel İnstitutu:''Maria Korina Maçado Osloda keçirilən mərasimdə iştirak etməyib''
Nobel İnstitutu:''Maria Korina Maçado Osloda keçirilən mərasimdə iştirak etməyib'' / AP

Nobel Sülh Mükafatı laureatı Maria Korina Maçado Osloda keçirilən mərasimində iştirak etməyib. Bu barədə məlumat Nobel İnstitutunun rəsmi açıqlamasında təsdiqlənib.

İnstitutun sözçüsü Erik Aşeim tədbirdən əvvəl AFP-yə verdiyi müsahibədə deyib: “O, mərasimə qatılmayacaq’’.

58 yaşlı Maçado 2024-cü ilin avqust ayından bəri gizlənərək yaşayır və Venesuela hakimiyyətinin xəbərdarlıqlarına baxmayaraq səyahət planlarını gizli saxlayır.

Venesuelanın baş prokuroru Tarek Vilyam Saab ötən ay bildirib ki, Maria Korina Maçado Norveçə səyahət edərsə onu “qaçaq” hesab edəcəklər.

Müxalifət lideri Venesuelada olarkən, anası, üç bacısı və qızı da daxil olmaqla bir neçə qohumu Oslodakı mükafatlandırma mərasimində iştirak edib.

Mərasim, ABŞ-ın son həftələrdə Karib dənizinə qoşun yeritdiyi və narkotik qaçaqmalçılığı ilə əlaqələndirilən gəmilərə hücum etdiyi dövrə təsadüf edib.

Bəzi tənqidçilər Maçadonu ABŞ prezidenti Donald Trampla birləşdiyinə görə tənqid ediblər.

Venesuela prezidenti Nikolas Maduro isə deyir ki, Maçadonun haqlı hesab etdiyi ABŞ əməliyyatlarının əsl məqsədi onun hökumətini devirmək və Venesuelanın neft ehtiyatlarını ələ keçirməkdir.

Araşdırma
İordaniya XİN rəhbəri İranın ölkəsinə hücumlarını qiymətləndirib
Uttar-Pradeşdə daşqınlar səbəbindən 17 500 nəfər təxliyə olunub
Nigeriyada neft oğurluğuna cəhd edən 43 nəfər ölüb
Paşinyan: "Əgər Rusiya hərbi bazasını Ermənistandan çıxarmaq qərarına gələrsə, etiraz etməyəcəyik."
İran ordusu: Küveyt və BƏƏ-dəki ABŞ bazalarını raket və PUA-larla hədəf aldıq
İsrailin atəşkəsi pozaraq etdiyi hücum nəticəsində biri uşaq 2 fələstinli həyatını itirib
Yunanıstanda Qərbi Nil virusuna yoluxanların sayı 290-a yüksəlib
Rusiya Moskva istiqamətində uçan 37 PUA-nın məhv edildiyini açıqlayıb
ABŞ ordusu Sakit okeanda narkotik qaçaqmalçılarının qayığını batırdı
ABŞ-nin Minneapolis şəhərində silahlı insident olub, ölənlər var
Rusiya: Ukraynanın hərbi məqsədlərlə istifadə olunan logistika mərkəzlərini və gəmilərini vurduq
İordan çayının qərb sahilinin əl-Muğayyir bölgəsində iki fələstinli öldürülüb
İsrail əsgərləri məscidə gözyaşardıcı qaz bombası atıb
Almaniyada qatar stansiyasının yaxınlığında partlayış baş verib, yaralananlar var
Çin-Nepal sərhədində baş verən təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 1130-a çatıb
Misirdə baş verən yol qəzasında 16 nəfər həlak olub
ABŞ və İran gecə saatlarında qarşılıqlı hücumlar təşkil ediblər
Rusiyanın Kiyev və ətraf ərazilərə kütləvi raket hücumu nəticəsində dörd nəfər həlak olub
Nepalda daşqın zamanı ölənlərin sayı 900-ü ötüb
İran Hörmüz boğazında ABŞ-yə məxsus MQ-9 tipli PUA-nı vurduğunu elan edib