Donald Tramp Kanada ilə ticarət danışıqlarının bitdiyini açıqlayıb
ABŞ prezidenti Donald Tramp Kanada ilə bütün ticarət danışıqlarının dayandırıldığını açıqlayıb
ABŞ prezidenti Donald Tramp Kanada ilə bütün ticarət danışıqlarının dayandırıldığını açıqlayıb. O, Kanadanı ABŞ-ın tətbiq etdiyi tariflərə qarşı apardığı reklam kampaniyasına görə tənqid edib.
“Kanadanın bu kobud davranışını nəzərə alaraq bu ölkə ilə ticarət danışıqlarını dayandırırıq. Ronald Reyqan Fondu Kanadanın Ronald Reyqanın tariflər haqqında tənqidi danışdığını əks etdirən saxta reklamlardan istifadə etdiyini açıqlayıb'',-deyə Donald Tramp qeyd edib.
Şimali Amerika qonşuları arasındakı münasibətlərdə yaşanan bu son gərginlik Kanada Baş naziri Mark Karninin iki həftə əvvəl ABŞ-a səfərindən sonra baş verib.
Tramp bildirib ki, sözügedən reklam ABŞ Ali Məhkəməsinin və digər məhkəmələrin qərarlarına təsir göstərmək məqsədilə hazırlanıb.
ABŞ və Kanada arasında sərhədyanı ticarətin təxminən 85 faizi, mövcud Şimali Amerika ticarət müqaviləsi — USMCA çərçivəsində tariflər tətbiq olunmadan davam edir.
Lakin Trampın polad, alüminium və avtomobil kimi sahələrə tətbiq etdiyi qlobal tariflər Kanadaya ciddi təsir göstərib.