Göndərmə 27.07.2010 09:02:54 UTC
Güncəlləmə 27.07.2010 10:22:22 UTC
” Haber Türk” qəzeti İngiltərənin baş naziri Devid Kameronun dünən axşam saatlarında Ankaraya gəldiyini yazır.
Xəbərdə iki günlük rəsmi proqramla Türkiyəyə gələn Kameronu İngiltərə xarici işlər naziri Uilyam Hage və bir heyətin müşayiət etdiyi bildirilir.
”
Sabah” qəzetinin "İngiltərə baş nazirindən Ankaraya strateji ziyarət" başlığıyla verdiyi xəbərdə Kameronun ABŞ və AB səfərindən dərhal sonra Ankaraya gəlməsinin İngiltərənin Türkiyəyə verdiyi önəmin göstəricisi olduğu qeyd edilir.
”Yeni Şafak” qəzeti İran iqtidarının nüvə mübadiləsi ilə əlaqədar ikinci məktubu dünən Vyanadakı Beynəlxalq Atom Enerjisi Təşkilatının (UAEK) sədri Yukiya Amanoya təqdim etdiyini yazır.
Xəbərdə İranın UAEK nəzdindəki daimi təmsilçisi Ali Əsgər Sultaniyənin ölkəsinin ABŞ, Rusiya və Fransadan ibarət Vyana Qrupuyla zənginləşdirilmiş uran mübadiləsi ilə bağlı müzakirələrə başlamağa hazır olduğunu söyləyib.
Qəzet yazır ki, Sultaniyə ölkəsinin nüvə programının sülhməramlı olduğunu təkrar edərək tibb sahəsində istifadə etmək üçün və tamamilə humanitar məqsədlərlə Vyana Qrupu ölkələrindən zənginləşdirilmiş uran almaq istədiklərini bildirib.
Qəzet xəbərin davamında Sultaniyənin açıqlama verdiyi saatlarda Brüsseldə toplanan AB xarici işlər nazirlərinin İrana qarşı yeni sanksiyaları təsdiqlədiyini yazır. Xəbərə görə, sanksiyalar İranın neft və təbii qaz sektorunda yeni sərmayə qoyuluşunun , texniki dəstək və texnologiya transferinin qadağan edilməsini nəzərdə tutur. Sanksiyalara həmçinin İran banklarına və sığorta şirkətlərinə yeni şöbə açmalarının qadağan edilməsi və böyük məbləğli transferlərdə razılıq almaq məcburiyyəti gətirilməsi də daxildir.
“Star” qəzetində yer alan "Kanadada Türk festivalı" başlıqlı xəbərdə Kanada Türk Kültür Vəqfi tərəfindən bu il 4-sü təşkil edilən Ottava Türk Festivalında təxminən 25 min nəfər iştirak etdiyi bildirilir.
Xəbərdə Ottava bələdiyəsinin verdiyi ziyafətdə iştirak edən Kanadanın nəqliyyat naziri Con Bairdin "Türklər olaraq bu ölkəyə çok şey qazandırırsınız , mənim müavinim də bir türkdür. Sizə təşəkkür edirəm" sözlərinə yer verilib.
”Hürriyet” qəzeti Türk Hava Yollarının Avropanın ən böyük basketbol komandası "Euroleague Basketball" ilə 5 ili ehtiyat olmaqla 10 illik ad haqqı sponsorluğuna dair müqavilə imzaladığını yazır.
Qəzetin xəbərinə görə, gələcək mövsümdən etibarən "Euroleague" qarşılaşmalarını 'Turkish Airlines Euroleague Basketball' adı altında oynayacaq. (www.trtazerbaycan.com)