www.trtazerbaycan.com
Rss
Göndərmə 21.07.2010 06:36:30 UTC
Güncəlləmə 21.07.2010 06:36:30 UTC

Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ATӘTә üzv ölkələrin Xarici işlər Nazirlərinin qeyri-rəsmi zirvə Toplantısı 16-17 İyulda Qazaxıstanın Almatı şəhərində keçirilib. Sammitdә Qırğızıstana ATӘT polis qüvvәsinin göndərilməsinә dair qərar qәbul edilib.

16-17 İyulda, Qazaxıstanın Almatı şәhәrindә keçirilәn Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ATӘTә üzv ölkələrin Xarici işlər Nazirlərinin geyri-rәsmi Zirvə toplantısına tәşkilata üzv 56 ölkənin xarici işlər nazirləri vә köməkçiləri qatılıb. Sammitdә Türkiyəni Xarici işlər Naziri Əhməd Davutoğlu tәmsil edib. Zirvə toplantısı, ATӘTin növbәti sәdri olan Qazaxıstanın təşkil etdiyi ən əhatəli beynəlxalq tәdbir olub.

Toplantıda, başda Qırğızıstan mәsәlәsi olmaqla, ATӘTә üzv ölkələri maraqlandıran təhlükəsizlik problemləri müzakirә olunub. Əfqanıstanın mövcud mövqeyi və Azərbaycan ilə Ermənistan arasındakı problemlər dә gündәmә salınan mövzuların arasında yer alıb.

Zirvə toplantısında yə çıxış edәn Qazaxıstan Dövlət Başçısı Nursultan Nazarbayev, ATӘTin yalnız Soyuq Döyüş dövründə deyil, sonrakı dövrdә dә müasir, qlobal siyasi və iqtisadi sistem üçün ən təsirli və aktiv tәşkilat olduğunu göstərməsinin lazım gәldiyini ifadә edәrәk deyib ki, tәşkilatın quruluşunun 35-ci ildönümünə tәsadüf edәn növbәti ATӘT dövlət başçıları Sammitinin Astanada keçirilmәsini istəyirik. Bu, təşkilatın quruluşunun 35-ci ilində, qurulduğu Helsinkidən Astanaya qədər genişlədiyini göstərən simvolik bir məna kәsb edәcәk.

Zirvəyə qatılan xarici işlər nazirləri ilkin Qırğızıstandakı vəziyyətlә bağlı danışıqlar aparıblar. Qırğızıstanda təhlükəsizliyin təmin edilməsinə dəstək mәqsәdiylә ölkənin cənubuna 52 nәfәrdәn ibarәt ATӘT polis qüvvәsinin göndərməsini nәzәrә alan qərar qәbul edilbi. Qeyd edәk ki, Qırğızıstanın razılaşması ilә Oş və Cәlalabad şәhәrlәrindә yerlәşdirilәcәk olan qüvvәyә, cәrәyan edәcәk hadisәlәrә görә gələcək dövrdə 50 nәfәr daha әlavә edilә bilәcәk. Yerli polis işçilәrini tәlimdәn keçirәcәk olan qüvәnin, Qırğızıstanda nә qәdәr qalacağı mәlum deyil. ATӘTin hadisələrin qiymətləndirilməsi məqsədiylə beynəlxalq istintaq aparacağı da güman edilir.

Zirvə Toplantısında gündәmә salınan azərbaycan-Ermənistan -Dağlıq Qarabağ probleminin hәlli ilә bağlı konkret nәticә әldә edilmәyib. Son iki aydır Dağlıq Qarabağ sərhədində baş verәn qarşıdurmalar, problemin həlli ilә bağlı son dövrdə hiss edilən optimist atmosferә ağır zәrbә vurub. İki ölkənin dövlət başçıları İlham Әliyev və Serj Sarkisyan, 2009-cu ilin Yanvar ayından 2010-cu ilin birinci ayına qәdәr 8 dəfə görüş keçirib. Hәmin görüşlərin sonunda iki lider, problemin sülh yolu ilә hәlli mövzusunda razılaşıb.

Azərbaycan Dövlət Başçısı İlham Әliyev mövzuyla bağlı verdiyi bәyanatda, Dağlıq Qarabağı ölkəsindən ayıra biləcək heç bir statusu qəbul etməyəcəklərini ifadә edәrәk deyib ki, Azərbaycanın әrazi bütövlüyünün mübahisә edilmәsinә icazә vermәrik. Görüşlər də bu çərçivədə keçirilib. Azәrbaycanın әrazi bütövlüyünün beynəlxalq sahədə tanındığına da işarә edәn prezident Әliyev, Ermənistanın işğal etdiyi torpaqlardan çıxmasının və immiqrantların yurdlarına qayıtmalarının lazım gәldiyini söylәyib.

Ölkəsinin hәrbi gücünün gedərək artdığını xatırladan prezident Әliyev “Torpaqlarımızı işğalçılardan geri almaq üçün hər an hazır olmalıyıq" deyib. (www.trtazerbaycan.com)

Әlaqәdar Xәbәrlәr
Turkish Radio - Television Corporation Official Web Site
This service may include material from Anatolian News Agency (AA), Agence France-Presse (AFP), Associated Press (AP), Reuters, Deutsche Press Agentur (dpa), ATSH, EFE, MENA, ITAR TASS, XINHUA which is copyright and cannot be reproduced.