www.trtazerbaycan.com
Rss
Göndərmə 19.07.2010 06:45:49 UTC
Güncəlləmə 19.07.2010 06:45:49 UTC

17-ci Beynəlxalq Caz Festivalı caz musiqisinin əfsanələrindən daha birini ağırlayıb.

84 yaşlı, 15 "Grammy" mükafatı sahibi Toni Bennet Cəmil Topuzlu Açıq Hava səhnəsində heyranlarına unudulmaz bir konsert verib.

Bennetin ilk konserti yaxın keçmişdə dünyasını dəyişən iş adamı Şakir Əczaçıbaşının xatirəsinə həsr olunub. Açıq Hava teatrındakı konsertin açılışını pianoda Kərəm Görsev, konrtabasda Kağan Yıldız və nağarada Fərid Odmanın yer aldığı "Kərəm Görsev triosu" edib. Daha sonra isə səhnəyə cazın əfsanəsi çıxıb. Toni Bennetin qızı Antonia ilə birlikdə çıxdığı konserti 5 minə yaxın tamaşaçı izləyib. (www.trtazerbaycan.com)

Turkish Radio - Television Corporation Official Web Site
This service may include material from Anatolian News Agency (AA), Agence France-Presse (AFP), Associated Press (AP), Reuters, Deutsche Press Agentur (dpa), ATSH, EFE, MENA, ITAR TASS, XINHUA which is copyright and cannot be reproduced.