Podkast Media Әlaqә Rss
Verilişlәrimizә Qulaq Asın
Xәbәrlәr
09.09.2010 Xәbәrlәr
 
Verilişlәr
09.09.2010 Veriliş
Müsahibәlәr
25.08.2010 Feridun Cәlilov
04.08.2010 Azərbaycandan Dünyaya Baxış
Yaqub Mahmudoğlu 21.07.2010
Cümşüd Nuriyev 14.07.2010
İlham İsmailov 12.07.2010
 
Dәdә Qorqudda Türk Dövlәt Gәlәnәyinin İzlәri 8
Dәdә Qorqud Dastanları Türk mәdәniyyәtinin bünövrә daşlarından biridir… Bayındır Xanın divanında oğuz bәylәri müәyyәn qayda üzrә әylәşirdi. Xanın sağında nәvәsi Salur Qazanın oğlu Uruz әylәşirdi. Sol yanında isә Qazılıq Qoca Oğlu Bәğ Yeğәnәk otururdu. Qarşıda isә Salur Qazanın Kürәkәni, Qara Günә oğlu Qara Budaq yer әylәşirdi.
Göndərmə 28.05.2010 12:02:11 UTC
Güncəlləmə 28.05.2010 12:02:11 UTC

Ötәn proqramımızda dastanlarda işlәdilәn bәzi ifadәlәr üstündә dayanmışdıq. Alaçıq adlanan çadır otağların yönündәn vә onlarda yertutma nizamından söhbәt açmışdıq. Bugünkü söhbәtimizdә yenә yönlәr vә otaqda oturma nizamından bәhs edәcәyik.

Bayındır Xan’ın divanında oğuz bәylәri müәyyәn qayda üzrә әylәşirdi. Xanın sağında nәvәsi Salur Qazan’ın oğlu Uruz әylәşirdi. Sol yanında isә Qazılıq Qoca Oğlu Bәğ Yeğәnәk otururdu. Qarşıda isә Salur Qazan’ın Kürәkәni, Qara Günә oğlu Qara Budaq yer әylәşirdi.

Bu cür oturma nizamı qurultaylarda da öz әksini tapırdı. Bir sözlә, orda iştirak edәnlәrin yeri müәyyәndi. Qurultaylar toy havasında keçirdi vә bir növ mәşvәrәt mәclisi idi. Xaqanın vәzifәsi isә xalqı vә bәylәri yedizdirib içirtmәk, onların könlünü xoş tutmaq, dәrdlәrinә qulaq asmaq, bu problemlәrә hamılıqca çarә tapmaqdı.

Dastanlarda “Xanlar Xanı Bayındır Xan ildә bir dәfә toy edib Oğuz bәylәrini qonaq edirdi. Yenә toy qurub atdan ayğır, dәvәdәn buğra, qoyundan qoç qırdırmışdı” şәklindә dilә gәtirilәn ifadә dә hәmin qurultaylardan birindәn xәbәr verir.

Dәdә Qorqud boylarındakı qurultaylar Oğuz gәlәnәğinin davamı vәsfindәdir, ancaq Xan Bayındır orda sanki xaqandan ziyadә komandirdi.

Hunlar vә Göytürklәr zamanında din vә dövlәtlә bağlı fәaliyyәtlәrdә hamılıqca iştirak edilirdi. Әlbәttә bu fakt da Türk tarixinә hәddәn artıq önәmli şeylәr qazandırırdı. Hun İmperatorluğunda ildә üç böyük qurultay keçirilirdi. Onlardan biri Hun xaqanının sarayında vә il tәhvil olarkәn tәşkil olunurdu. Bir digәri tabelik vә sәdaqәt bildirmә qurultayı idi ki, may ayında tәşkil olunurdu. Bu qurultay daha çox festival havasında keçirilirdi vә dövlәtә tabe olan bütün bәylәr vә vassallar iştirak edirdi. Orda iştirak etmәyәnlәr isә Tanrı’nın yerüzündәki kölgәsi qәbul olunan xaqana, münasibәtilә dә Tanrı’ya üsyan etmiş sayılırdı. Tәbii ki, onun cәzası da dәhşәtli olurdu.

Dәdә Qorqud’da “Üç Ox, Boz Ox yığnaq olsa, Qazan evin talan etdirәr, şey-şüyünü bölüşdürәrdi. Amma Daş Oğuz bәylәri gәlmәdi, talanda iştirak etmәdilәr, yalnızca İç Oğuz bәylәri talan etdi. Daş Oğuz bәylәri müttәfiq olub, Qazan’ın yanına gәlmәdilәr, әdavәt saldılar..” deyәrәk bu qurultayın önәmini büruzә verir.

Üçüncü qurultay isә payız vaxtı tәşkil olunurdu. Bu qurultaya daha çox sayım qurultayı da deyilirdi. Bunda atların vә xalqın sayımı keçirilirdi. Atlar kökәlmiş olurdu vә yeniyetmәlikdәn çıxmış gәnclәr orduya yazılırdı.

Bugünkü dövlәt qonaqlıqlarında müәyyәn protokol qaydaları hәyata keçirilir. Hәrә öz sәviyyәsinә görә orda yer tutur. Bilinәn әn qәdim tariximizdәn bәri müәyyәn protokol qaydaları hәyata keçirilir vә bunun bünövrәsini qoyan da әfsanәvi xaqanımız Oğuz Xan’dır. Bu törәnin müәyyәnlәşdirilib sistemә salınmasında qurultayların böyük rolu olub. Oğuz Xan hәr döyüşdәn sonra böyük bir zәfәr toyu, sonrasında da ikinci bir qanun toyu tәşkil edәrdi. Dirәklәrin üstünә bağlanmış toyuqlara ox atma müsabiqәlәri keçirilәrdi. Rütbәlәr vә nişanlar, damğalar paylanardı. Buna o vaxtlar ülüş deyilirdi vә qanunla, yәni törә ilә gәlәnәklәri sistemlәşdirәn bir protokoldu. Bilirsiniz ki, ülüş, ülәşmәk, bölüşmәk, paylaşmaq mәnasındadır. Bir kәsin ülüş payı, qazandığı uğur nispәtindә yüksәlәr vә uğursuzluğu halında da aşağı enәrdi. Bu gәlәnәk dә sinfilәşmәyә mane olurdu.

Qurultaylarda iştirak edәn hәr boy bәyindәn hәr ailәyә kimi hәrәnin öz yeri müәyyәnlәşdirilmişdi. Heç kәs heç kәsin yerindә әylәşәbilmәzdi. Qurultaylarda iştirak edәn uşaqlar belә müәyyәn qaydalara görә hәrәkәt etmәk mәcburiyyәtindә idi. On minlәrlә insanın bir yerә yığışdığı qurultaylarda edilәn çıxışları hamı eşidәbilirdi, yәni qurultayda tam sakitçilik hökm sürürdü. Qurultayın orta yerindә qurulmuş sәhnәdә çalıb oxuyan ozanı hamı eşidәbilirdi. Bu cür yüksәk sәviyyәli dövlәt tәrbiyәsinin, mövqeyә әsaslanan nizamın nә boyda dәhşәtli bir iş olduğuna sizin qiymәt vermәyinizi xahiş edirәm. Bu nizamın belәsinә müәzzәm olmasının әn böyük amili, yәrlәrin, yәni mәqamların vә rütbәlәrin, dövlәtә vә xalqa edilәn xidmәtә görә bölüşdürülmüş olması idi. Hәrә öz gücünә vә etdiği xidmәtә görә rütbә alır, mövqe tuturdu, xalq içindә özünә layiq etibar qazanırdı. Bu da, kütlәdә xidmәt üçün bir yarışın getmәsinә sәbәb olurdu. Tәbii ki, bundan istifadә edәn dә camaat olurdu, dövlәt olurdu. Xaqanla sadә vәtәndaş arasında qanunî yöndәn hәrhansı fәrq yoxdu. Xaqanı xalqdan ayıran әn böyük fәrq, onun bilikli olması, dövlәtinә vә xalqına gündüzlәri dincәlmәdәn, gecәlәr yatmadan etdiği xidmәt idi.

Göytürk xaqanı Bilgә Xan Orxun-Yenisey abidәlәrindә deyir: “Atamızın vә әmimizin qazandığı millәtin adı sanı yox olmasın deyә, Türk millәti üçün gecә yatmadım, gündüz dincәlmәdim. Kiçik qardaşım Kültigin ilә iki Şad ilә ölümünә işlәdim..!”

Bu cür işlәmәyin qarşılığı da әlbәttә olmalıydı. Bu cür işlәyәrәk qazanılan hörmәtdәn ötrü dә heç kәs heç kәsi qısqanmırdı.

Tarix elmi bizә aydın göstәrir ki, Türk törәsi daim bilik sahibi şәxslәr tәrәfindәn tәnzimlәnib. Bu gәlәnәği Oğuz Xan qoyub. Oğuznamә’dә vә Şәcәrә-i Tәrakimә’dә işarә edilir ki, Türklәrin törәsini hazırlayan şәxs Oğuz Xan’ın böyük oğlu Gün Xan’ın vәziri Irkıl Ata, ya da Bilgә Irkıl Xoca idi. Әsas olan isә törәlәrin bilik sahibi şәxslәr tәrәfindәn qoyulması vә Türk xalqlarının buna sәmimî qәlbdәn inam bәslәmiş olmasıydı.

Oğuz kimi әfsanәvî bir xaqandan, Tunqhu adlı Monqol tayfalarının elçisinin gәlәrәk öncә atını, sonra hәyat yoldaşını, sonra da ölkәnin ucqar bir küncündәki şoran torpağı istәmәsi tarixdә qeyd olunmuşdur. Oğuz’un, elçinin hәr gәlişindә yığdığı kiçik qurultayda әylәşәn sağ vә sol cinahda oturan bәylәrinә müraciәt edәrәk fikrini sorması, axırda da öz fikrini bildirmәsi, Türk dövlәt gәlәnәğinin keçdiği minlәrlә illik tarixî yolu әks etdirir.

Hәmin nizamın Dәdә Qorqud Dastanlarında da qarşımıza çıxması tәsadüfî deyildir.





Son Xәbәrlәr
“TRT-Türkiyənin səsi” haqqında TRT haqqında Әlaqә saxlayın Tezliklәr Media
TRT Radio
TRT Televiziya
TRT Xәbәr
TRT-nin tarixi
İstifadə qaydaları
Fikirlәriniz
Peyk vasitәsilә qәbul
Veriliş Proqramı
Fotoqalereya
Audio / Video
Podkast
Turkish Radio - Television Corporation Official Web Site