Podkast Media Әlaqә Rss
Verilişlәrimizә Qulaq Asın
Xәbәrlәr
07.09.2010 Xәbәrlәr
 
Verilişlәr
07.09.2010 Veriliş
Müsahibәlәr
25.08.2010 Feridun Cәlilov
04.08.2010 Azərbaycandan Dünyaya Baxış
Yaqub Mahmudoğlu 21.07.2010
Cümşüd Nuriyev 14.07.2010
İlham İsmailov 12.07.2010
 
Qəhramanlıq Salnamələri 22
Nümayiş etdirdiyi qəhramanlıqları ilə yaşadığı dövrə damğasını vuran ilk qadın general Kurmancan Datka…Vusalә Raufqızı
Göndərmə 08.07.2010 08:05:39 UTC
Güncəlləmə 10.07.2010 10:13:38 UTC

Datka bir ünvan olub, hökmdar, general, idarəçi kimi mənalarda istifadə olunur. Kurmanca Datka isə göstərdiyi şücaətlər nəticəsində bu ünvana iki dəfə layiq görülüb. Bu hadisə isə sadəcə Orta Asyada deyil, bütün Türk və İslam ailəmində görülməmiş bir hadisəydi.

Kurmancan 1811-ci ildə Oş şəhərinə yaxın Madi Qışlağında Munquş nəslinin Bargi qəbiləsindən olan bir əkinçi ailəsində dünyaya göz açıb.

Kurmancan Datka, 1832-ci ildə Hokand Xanlığının baş naziri və baş komandiri Alimbek Datka ilə evlənir. Bu evlilikdən cütlüyün 5 oğlu və iki qızı dünyaya gəlir. Hətta bəzi mənbələrə əsasən 96 yaşında vəfat edən Kurmancan Datkanın uşaqlarının, nəvələrinin və nəticələrinin sayı 100 nəfərdi.

Tarixə nəzər saldığımız zaman 19-cu əsrin imperialist dövlətlər üçün dünyaya hakim olma dövrü olduğunu müşahidə edirik. İngiltərə, Rusiya, Fransa, Almaniya, Belçika, Hollanda və s. dövlətlər Asiya, Afrika və Avstraliyadan pay ala bilmək üçün qırğınlar törədərək, milyonlarla insanı qətlə yetirir və yurdlarından sürgün edirdilər. Bu zülümlərin əsasәn müsalman xalqlarına qarşı həyata keçirildiyini də müşahidə etməkdəyik. Bütün bu hadisələrin bizim bugünkü mövzumuzla bir başa əlaqəsi var. Belə ki, İngilislər Hindistanı işqal etmişdilər, ama bununla kifayətlənmək istəməyərək Türküstanı da işgal etmək niyyətləri vardı. Bu siyasət onsuz da Rusların əsrlərdir davam etdirdikləri bir siyasətdi. Beləcə fürsət düşmüşkən Türküstanı işgal etmək üçün tarixdə az təsadüf edilən vəhşiliklə Asiyadakı Müsəlman və Türk xalqlarına hücum çəkdilər və qanlı bir toqquşma başladı.

Rusiya 1700-cü ildən etibarən İslam dini əleyhinə bir siyasət izləməyə başladı. Belə ki, 1742-ci ildə qəbul edilən bir qərara əsasən mescidlər ancaq rusların və yeni vaftiz edilənlərin yaşadıqları yerlərdə olmalıdır. Bu qərardan sonra Kazanda 536 məscid bağlandı. Bundan başka Ruslar imperialist əməlləriylə 1552-ci ildə Kazanı, 1556-cı ildə Astrahanı, 1604-cü ildə Tomskini, 1716-cı ildə Omsku, 1830-cu ildə Akmolanı, 1854-cü ildə Almaatanı, 1850-76-ci illərdə Buhara Xanlığını, 1877-1886-ci illərdə Hivə xanlığını və eyni tarixdə isə Kurmanca Datkanın vətəni olan Hokand xanlığını da işğal etdilər.

Ruslar Hokand xanlığını işgal etsələr də, bu Fərqanə hövzəsində tam olaraq ikdidarı ələ aldıqları mənasına gəlmirdi. Xanlığın süqutundan sonra toqquşmalar zaman zaman davam edirdi. Xanlığın tam olaraq süqutundan sonra Altay Vadisində hərbi idarə Altay hökmdarı Alimbekin xanımı Kurmancana tapşırıldı. Qızğızların Qulçin nəslindən olan və Xarici siyasəti, çox yaxşı bilən, hərbi idarəçik qabliyyəti çox yüksək olan Kurmancan Datka “Altay Şahzadəsi”ünvanını aldı və 1876-cı ildə Altaya istiqlaliyyət qazandırdı.

25 Aprel 1876-cı ildə Mixayıl Skobelyev, Oşda Altay Vadisinə qarşı hərbi əməliyyata başladı. Kurmancanın oğlu Abdullah bəy idarəni ələ aldı. Bir satqınlıq nəticəsində Kurmancan Datka əsir alındı və Skobelevin hüzuruna aparıldı. Skobelev, Kurmancan Datkanı xüsusi bir hörmətlə qarşıladı, onu əyilərək salamladı. Kurmancan isə Skobelevin huzurunda bir qəhramana xas əzmlə, dimdik dururdu. Mixayıl Skobelyev ondan qarşıdurmaların dayandırılmasını xahiş etdi. Kurmancan bundan sonra Vadinin daxili işlərinin müstəqil olması şərtiylə qarşıdurmaları dayandıracağına dair söz verdi. Rus generalı bu şərtlə razılaşdı.

Beləliklə, Altay Vadisinin Şahzadəsi Kurmancan Datka, 1907-ci ildə vəfat etdi və ömrünün sonuna qədər yəni düz 31 il Qırğızlqarı idarə etdi. Onların rifah içində yaşamaları üçün əlindən gəlini etdi.

Kurmancan Datka böyük dövlət adamı olmasıyla yanaşı həm də xalqını çox sevən bir qəhramandı. Belə ki, onun haqqında yazılan bir əfsanəyə görə, Kurmancan Datkanın kiçik oğlu Kamçıbekin adı bir cinayətə qarışır, Ruslar bunu əllərində tutalğa edib Kamçıbek haqqında edam qərarı çıxardır. Kamçıbek zindanda edam olunacağı günü gözləyir. Bu arada Kurmancana sadiq bir qrup insan onun yanına gələrək “Biz bir gecedə o zindanın altını üstünə çevirərək, Kamçıbeki Altay dağlarına qaçırdarıq” deyir. Kurmancan isə onlara belə cavab verir “Bəli bilirəm, bu dediklərinizi edəbiləcəyinizdən əminəm. Ancak bu hadisə neçə neçə ananın ağlamasına səbəb olar. Mənim oğlum edam edilərsə isə bir tək mən ağlayaram. Başka anaların ağlamasına ürəyim dözməz.”

Beləliklə, Ruslar Kamçıbeki şəhərin mərkəzində böyük bir xalq kütləsinin önündə edam edəcəkləri zaman Kurmancan Datka öz atıyla meydana gəlir və son bir dəfə oğluna baxır. Bu vaxt ana ilə oğulun baxışları toqquşur və Kamçıbek gözyaşlarını tuta bilmir. Bu hadisə Kurmancan Datkanın ürəyini parçalasa da oğluna belə deyir, “Oğul, mətin ol. Mətanətini itirmə. Sən şəhid olursan. Bu rütbə hər kəsə nəsib olmur. Unutma ki, əcdadalarımızın heç biri isti yataqlarında öz əcəlləri ilə vəfat etməyiblər” deyir və atını çaparaq oradan uzaqlaşır.





Son Xәbәrlәr
“TRT-Türkiyənin səsi” haqqında TRT haqqında Әlaqә saxlayın Tezliklәr Media
TRT Radio
TRT Televiziya
TRT Xәbәr
TRT-nin tarixi
İstifadə qaydaları
Fikirlәriniz
Peyk vasitәsilә qәbul
Veriliş Proqramı
Fotoqalereya
Audio / Video
Podkast
Turkish Radio - Television Corporation Official Web Site