Podkast Media Әlaqә Rss
Verilişlәrimizә Qulaq Asın
Xәbәrlәr
07.09.2010 Xәbәrlәr
 
Verilişlәr
07.09.2010 Veriliş
Müsahibәlәr
25.08.2010 Feridun Cәlilov
04.08.2010 Azərbaycandan Dünyaya Baxış
Yaqub Mahmudoğlu 21.07.2010
Cümşüd Nuriyev 14.07.2010
İlham İsmailov 12.07.2010
 
Atatürkdәn Xatirәlәr
“Təşəbbüslərin uğurlu ola bilmәsi üçün ağır şərtlərə dözülülməlidir”- deyәn Ulu Öndәr Atatürk bozqırın ortasındakı bir qəsəbəni müasir, yaşıl bir paytaxt şəhər halına çevirmәkdә çox ciddi idi...
Göndərmə 20.05.2010 11:48:55 UTC
Güncəlləmə 13.07.2010 12:50:23 UTC

“Təşəbbüslərin uğurlu ola bilmәsi üçün ağır şərtlərə dözülülməlidir”- deyәn Ulu Öndәr Atatürk bozqırın ortasındakı bir qəsəbəni müasir, yaşıl bir paytaxt şəhər halına çevirmәkdә çox ciddi idi. Onun xarakterini təşkil edən ən önәmli amillәrin arasında təbiət vә ekologiyaya olan sevgisi dә vardı.

Bütün imkansızlığa, problemlәrә baxmayaraq paytaxt Ankaranın bәrpası vә yeni binaların inşası zәruri idi. Bunun üçün inşa edilәcik binaların arasında Muzey kimi әhalinin xidmәtinә verilәcәk bir tikilinin dә yer almasına dair qәrar qәbul edilir. Hәmin qәrardan sonra tәrtib edilәn layihә müsabiqәsindә Memar Arif Hikmət Qoyunoğlunun layihəsi qəbul edilir və gənc memar hәvәslә Etnoqrofiya Muzeyi üçün binanı tikdirmәyә başlayır. Gecə-gündüz demәdәn işləyәn memar Arif Hikmət binanın tamamlandığı müddәt әrzindә Ulu Öndәr Atatürk haqqında yaddaşda qalan xatirәlәrә sahib olur. İndi Arif bәyin Atatürk ilә bağlı bir xatirәsini sizlәrlә bölüşürük.

“Qarlı-şaxtalı, çovğunlu bir qış günü idi. Muzey binasının damı örtülmüşdü. әksәr pәncərələrin çәrçivәlәri qoyulub, şüşələri dә salınmışdı. Bəzi pəncərələrin yerlәri isә müqəvvəti olaraq taxta ilə örtülmüşdü. Binanın içәrisindә daş vә mərmər ustaları öz işlәriylә mәşqul idilәr. Mən də gümbәzin altındakı böyük hollun ortasındakı masanın üzrindә mәrmәrçilәrin istifadә etmәlәri üçün sink qәliblәr hazırlayırdım. Çovğun toz-toğanaq qaldırmışdı. Bir fәhlә tәlaşla içəri girәrәk hәyәcanla dedi: “Paşa gәldi!”

Çaşıb qaldım. “Belә çovğunlu havada hansı Paşa bura gәlәr ki?”- deyә mızıldandım. Darvaza qapısının yerinə müvəqqəti olaraq qoyduğumuz taxta qapı açıldı vә Ulu Öndәr Atatürk içәri daxil olaraq “Hikmət, bu havada tikinti işlәri aparıla bilәrmi?” – deyә soruşdu. Paşam, imzaladığımız müqavilәyә görә binanı on aya tәhvil vermәliyәm. Buna görә dә qapı-pәncәrәlәri örtüb, içәridәki işlәrimәzә davam edirik”- dedim. Mәhz o əsnada Atatürkün üstündәki qarı tәmizlәyәn katibim Bahri bəy, neft sobasını gәtirib paşanın qarşısına qoyur. Paşa sobaya nәzәr salaraq: “Bahri, sənin bu neft sobanın bir faydası olmaz. Hər tərəfdən külək, soyuq gəlir”- dedi.

Bahri bəy dә cavabında “Paşam! Sizә bәrk soyuq olub, hәtta burnunuzun ucu da qızarıb. Heç olmasa burnunuz isinәr” dedi vә buna hamımız güldük.

Daş ustası Hüseyn Avni Əfəndi bir fincan qәhvә gətirdi. Atatürk qəhvəni içərkən çöldə çovğun bir qədər azalmışdı. Atatürkün istәyilә qapını açdıq. Ankara düzәnliyinin qarın altında qalması ilә ucu-bucağı görünməyən gözəl bir mənzərə ortaya çıxmışdı. Atatürk göz oxşayan tabloya baxaraq dedi: “Bataqlığı ağaclandırıb parka, düzәnliyi dә meyvə ağacları әkәrәk bağa çevirsәk, ortaya çıxacaq mәnzәrәyә bu günbәzin altında әylәşib dә tamaşa etmәk daha gözəl olar. Hәlә yay fәslindә buralar çox sərin olar. İstәrdim ki, boş zamanlarımda bu gözəl mənzərəyə qarşısında, bu günbәzin altında uzanıb istirahət edim”.

Mustafa Kamal Atatürkün bu sözlərini tarixi reallığa çevirәn Arif Hikmət Qoyunoğlu, xatirəsini danışıb qurtardıqdan sonra, sәssizcә nәzәrlәrini uzaqlara yönәldәrәk dedi: “Maraqlıdır ki, Atatürk rәhmәtә getdikdәn sonra, indiki mәqbәrәsi Anıt qәbrin inşasının tamamlandığı tarixә kimi onun son mәkanı mәhz bu günbәzin altı oldu.”

Təbiət vurğunu olan Atatürk 1925-ci ildə öz hesabına indi “Atatürk Orman Çiftliyi” deyilәn әrazilәri satın aldı vә ilk baxışda bu yarasız torpaqları lalәzara çevirmәyin mümkünlüyünü sübut edәrәk burada istirahәt bağı saldı. 1925-ci il may ayının 5-də bir neçə çadırla başlayan fəaliyyətlər çox qısa zamanda sürәtlәndi. Mәhz bundan sonra Atatürk üçün çox fəal günlər başladı. Bir tərəfdən dövlətә başçılıq edib, yeni inqilablar hәyata keçirmәyә hazırlaşarkәn, digәr tərəfdən də bağdakı işlərlə məşğul olurdu.

“Ankarada ağac bitmәz deyən” insanlar bir neçə il sonra o dövrdəki adıyla “Qazi Orman Çiftliyində” böyüyüb, qol-budaq açan ağaçların kölkəsində sərinləşirdilәr.

Yeni әrazidә əkinçiliyə əsaslanan sənaye də inkişaf etdirilib. Müxtəlif fabriklər qurularaq, burada mәhsul istehsal etmәk istəyәnlәr üçün imkan yaradılıb. İndi demәk olar ki, hәmin bağ Ankaralılar üçün dincәlmә yeri hesab olunur. Atatürk, bağdan, fabriklәrdәn əldə edilən gəliri götürmәzdi. Bütün vәsaiti istirahәt mәrkәzinin inkişafına yönәldәrdi. “Qazi Orman Çiftliyi” artıq İstirahәt zonasına çevrilmişdi. Buraya hәvәslә gələn uşaqların heyvanlara olan sevgilәrini görən Atatürk әrazidә zooparkın salınmasına göstәriş verir. Ulu Öndәrin özü dә tez tez bağa gәlәrәk, gözәl vaxtını burada keçirib istirahәt edirdi.

Mәşhur әdəbiyyatşünas Falih Rıfqı Atay deyib: Atatürk hәmin әtrafındakı tәpәlәrin meşəliyә çevrilmәsi üçün әlindәn gәlәni edәrdi. Onun, demәk olar ki, burada әkilәn hər bir ağacda haqqı vardır. Atatürkün mənəvi qızı Prof Afət İnan da, Atatürkün “Orman Çiftliyinin” cәnnәt baxçasına çevrilmәsindә böyük әmәyinin olduğunu dilә gәtirib.

Bugünkü söhbətimizi Atatürkün hәqiqәtin dәrki ilә bağlı bir sözü ilә yekunlaşdırırıq.

“Biz nadan deyәndә, qəti olaraq təhsili almamış insanları nәzәrdә tutmuruq, elm həqiqəti bilməkdir. Əslində yüksәk təhsil almış olanların arasından da çox nadanlar çıxa bilər. Heç təhsil görmәmiş insanlardan isә həqiqəti dәrk edәn gerçək alimlər ola bilər. Saxta alimlәr hissi səlimin, ağıl, məntiq və bilikdәn çox әhәmiyyәt daşıdığını eşitmәk istәmәzlәr..”





Әlaqәdar Xәbәrlәr
Atatürkdәn Xatirәlәr 14
Son Xәbәrlәr
“TRT-Türkiyənin səsi” haqqında TRT haqqında Әlaqә saxlayın Tezliklәr Media
TRT Radio
TRT Televiziya
TRT Xәbәr
TRT-nin tarixi
İstifadə qaydaları
Fikirlәriniz
Peyk vasitәsilә qәbul
Veriliş Proqramı
Fotoqalereya
Audio / Video
Podkast
Turkish Radio - Television Corporation Official Web Site