Göndərmə 03.06.2010 11:17:51 UTC
Güncəlləmə 03.06.2010 11:26:31 UTC
Mayın 26 vә 27-dә Müstәqil Dövlәtlәr Birliyi ölkələrinin 2-ci Dinlər arası Dialoq Zirvə toplantısı Azərbaycanın paytaxtı Bakıda keçirilib. Yığıncağa 200-dәn çox din adamı qatılıb. Mәhz Erməni Apostolik Kilsəsinin lideri Katolikos 2-ci karekin bu toplantıda iştirakı böyük marağa sәbәb olub.
MDB ölkələrinin 2-ci Dinlər arası Dialoq sammiti May ayının 26-sı vә 27-dә Azərbaycanın paytaxtı Bakıda reallaşdı.Bu sammitdә Qloballaşma, bölgədә müşahidә olunan qarşıdurmalar və bunların hәll yolları, әkimәnliklә müasir dinin ictimai həyatdakı rolu kimi mövzular müzakirә olundu. 30-dan çox ölkəni tәmsil edәn 200-ә qәdәr din xadimi bu zirvәyә qatıldı. Toplantının әn çox diqqət çəkən iştirakçısı, Erməni Apostolik Kilsəsinin lideri Katolikos 2-ci Karekin idi. Bütün Qafqazın şeyxi,Azərbaycan müftisi Hacı Allahşükür Paşazade və Rus Ortodoks kilsəsinin lideri Patriarx Kirilin dəvətinə müsbət cavab verən 2-ci Karekin, müstəqillikdәn sonra Bakını ziyarət edən ilk Erməni dini lideridir.
2-ci Karekin, Paşazade və Kiril, sammit çәrçivәsindә üç tәrәfli yığıncaq keçirib. Hәmin yığıncaqdan sonra qәbul edilәn bәyannamәdә, , münaqişәlәrin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilә həll edilməsinin vacibliyi. Bunun üçün hәrbi güc qüvvәlәrindәn istifadə edilmәmәsi vurğulandı. Bu məzmunda Dağlıq Qarabağ münaqişәsinin gündәmdә olduğu açıqlandı. Din adamları, İrәvan və Bakı rәsmilәrinin, elәcә beynəlxalq qrumların problemin hәllinә dair göstәrdiklәri səyləri dəstəklədiklərini, mәsәlinin beynəlxalq hüquq normaları çərçivəsində hәll olunmasının vacibliyini qeyd etdilәr.
2-ci Karekin, Paşazade ilə birlikdә Qarabağ probleminin həlli yolunda әmәkdaşlıq etmәk fikirindә olduğunu bildirdi. Hacı Allahşükür Paşazadә ısә Erməni Apostolik Kilsəsinin lideri Katolikos 2-ci Karekin dəvəti qəbul edərək Bakıya gəlməsinin mühüm əhəmiyyət daşıdığını, Ermənistan ilə Azərbaycan arasındakı problemlərin həllinə dәstәk olmağın vacibliyini vurğuladı. Rus Patriarxı Kiril də bildirdi ki,, din liderlərinin siyasi gücləri, vә ya əsgərlәri yoxdur, amma inanclı insanların dəyərlərinə və idealarına arxalanaraq onlara müraciәt etmәk imkanlarımız var. Bundan istifadә edәrәk prosesә dəstək olmalıyıq.
2-ci Karekin, Azәrbaycana sәfәri çәrçivәsindә Bakıda qorunub saxlanılan Erməni kilsəsini ziyarәt etdi. Daha sonra Azərbaycan prezidenti İlham Әliyevlə görüşdü. Görüş zamanı prezident İlham Әliyev Azərbaycanın Avropa və Asiya arasında təbii bir körpü olduğunu vurğulayaraq, dini liderlər arasındakı keçirilәn dialoqun Qarabağ probleminin həllinə kömәk olmasına ümid etdiyini bildirdi.