Podkast Media Әlaqә Rss
Verilişlәrimizә Qulaq Asın
Xәbәrlәr
07.09.2010 Xәbәrlәr
 
Verilişlәr
07.09.2010 Veriliş
Müsahibәlәr
25.08.2010 Feridun Cәlilov
04.08.2010 Azərbaycandan Dünyaya Baxış
Yaqub Mahmudoğlu 21.07.2010
Cümşüd Nuriyev 14.07.2010
İlham İsmailov 12.07.2010
 
Qəhramanlıq Salnamələri 24
Şərqdə ilk diplomat qadın, Uzun Həsənin anası Sara xatun…Vulasә Raufqızı
Göndərmə 23.07.2010 08:46:17 UTC
Güncəlləmə 23.07.2010 08:57:33 UTC

Azərbaycan qadınları tarix boyu müdrik, uzaqgörən, Vətənə, torpağa və ailəsinə sədaqətli olmuş və zamanın bütün sınaqlarından alnıaçıq, üzüağ çıxmağı bacarmış, çətin məqamlardan çıxış yolunu düzgün seçərək kişiləri də bu yola istiqamətləndiriblər. Bunun bariz nümunələri Mömünə xatun, İnanc xanım, Mehrcan xanım kimi uzaqgörən, I Şah İsmayılın yaxın həmdəmi olan Taclı xanım, Qubalı Fətəli xanın xanımı Tutu Bikəmiz, Gəncə xanı Cavad xanın ömürgün yoldaşı Bəyim xatun bundan sonra da tariximiz boyu yaşayacaqlar.

Adı Azərbaycan dövlətçilik tarixinə ilk xanım diplomat kimi daxil olan, Sara Xatun adını fəxrlə çəkə biləcəyimiz bir qadındır. Osmanlı mənbələrinin yazdığına görə, onun əsl adı Gövhərşah xatundur. Ağqoyunlu hökmdarı Uzun Həsənin anası, demək olar ki, bütün Şərqdə dövrünün yeganə istedadlı diplomat qadını kimi tanınan Sara Xatun böyük ağıl və mətanət, müdriklik və cəsarət sahibi idi.

Sara Xatun Ağqoyunlu dövlətinin möhkəmlənməsində, onun xarici siyasətinin müəyyənləşməsində və həyata keçməsində mühüm rol oynayıb. O Uzun Həsənin ən məsul diplomatik tapşırıqlarını böyük səylə və müvəffəqiyyətlə həyata keçirirdi. Elə buna görə, həmin dövrdə kiçik Ağqoyunlu dövləti, Osmanlı dövlətinin və qaraqoyunlu kimi iki güdrətli rəqib arasında uzlaşmanı həyata keçirə bilmişdi.

Oldukça ağıllı, tədbirli qadın olan Sara Xatun dövlətin idarəcilik işlərində oğluna yaxından kömək edirdi. Belə ki, Osmanlı Dövləti, Ağqoyunlu dövlətinin müttəfiqi və Aralıq dənizi sahilində əlverişli strateji mövqeyə malik Qaraman əmirliyini aradan qaldırmaq istədikdə Osmanlı İmperatoru II Mehmətlə danışıqlar aparmaq üçün Sara Xatun göndərilimişdi. Sara xatun Osmanlı imperatoru II Mehmedlə bağladığı Yassıçəmən müqaviləsi Ağqoyunluların dövlət müstəqilliyinin saxlanılmasında böyük əhəmiyyətə malik idi. Uzun Həsən sara Xatunu sultan II Mehmedin hərbi düşərgəsinə göndərərkən onun qarşısına iki mürəkkəb vəzifə qoymuşdu. Belə ki, əvvəla o, Osmanlı sultanı ağqoyunlular üzərinə hücum etmək fikrindən daşınmalı, ikincisi Sultanı mümkün qədər Trabzonu fəth etmək fikrindən yayındırmalıydı.

Bütün Yaxın və Orta şərqdə böyük nüfuza sahib olan sara xatun Osmanlı sultanının hərbi düşərgəsində yaxşı qarşılandı. Mənbələrin məlumatına görə diplomatik danışıqlar zamanı Sara Xatun və II Mehmət bir birinə ana oğul deyə müraciət etmişlər. Sara xatun bu danışıqlar zamanı özünün bütün diplomatik ustalığından istifadə edərək Uzun Həsənin birinci tapşırığını yerinə yetirə bildi. Bu sülhün o zaman Ağqoyunlu dövləti üçün böyük əhəmiyyəti olmuşdur. Lakin sara Xatun ona tapşırılan ikinci vəzifəni yerinə yetirə bilmədi. Sultanı Trabzon-yunan dövlətini Türkiyəyə qatmaq fikrindən döndərə bilmədi. Sultan II Mehmət Trabzon imperatorluğuna son qoyduqda, Sara xatunun gəlini, uzun Həsənin həyat yoldaşı Dəspinə Xatunun vərəsəliyini irəli sürüb, Trabzon xəzinəsini bölüşdürməyi müvəffəq olmuş, bununla da öz dövlətinin xəzinəsini xeyli zənginləşdirmişdi. Bu onun böyük məharət və dərrakə sahibi olmasından xəbər verir.

Teymurilər hökmdarı Əbu Səidlə danışıqlar aparan Ağqoyunlu elçilərinə də Sara Xatun başçılıq etmişdir. Avropa ölkələri də bu Azərbaycanlı xanımı çox yaxşı tanıyır, ona böyük ehtiramla yanaşırlar. Azərbaycana göndərilən Avropa, xüsusilə də, Venesiya elçilərinə verilən məxfi məlumatlarda mütləq Sara Xatunla görüşmək və öz məqsədləri üçün onun saraydakı nüfuzundan istifadə etmək tapşırılırdı. Sara Xatun diplomat və dövlət xadimi olmaqla bərabər, böyük hərbi sərkərdəlik bacarığına və hərbi intuisiyaya malik qadın olmuşdur. Onun əqli çevikliyi dar məqamlarda tez qərar çıxarmağa imkan vermişdir. Sara Xatun qeyrətli qadın, diplomat və hərbi istedada qadir bir insan olmuşdur.

Ağqoyunlu dövrünün ən görkəmli tarixçisi Əbubəkr Tehrani yazır ki, Sara Xatun Qaraqoyunlu Cahanşahla danışıqlar aparmaq məqsədilə onun yanına gəlmiş, bu zaman Rüstəm Tərxanın düşərgəsində olmuşdur. Onun ordusu Sara Xatuna o qədər də əzəmətli görünmədiyindən Cahangir Mirzə və Uzun Həsənə sifariş göndərir ki, “Əgər gəlsəniz, qələbə sizin olacaq. Bu işi təxirə salmaq olmaz”. Sara Xatun orduya sadəcə bir nəzər salmaqla ağqoyunlular arasındakı qüvvələr nisbətinin Ağqoyunlu dövlətinin xeyrinə olduğunu düzgün qiymətləndirməsi onun hərbi intuisiya və səriştəsindən xəbər verir. Həqiqətən də, bundan sonra Uzun Həsənin kəşfiyyat dəstəsi Rüstəm Tərxanın ordularına hücum edərək onları damadağın etmiş, qaraqoyunluları bərk qorxuya salmışdı.

Qadınların kişilərə nisbətən həyatın bütün sahələrində hüquqsuz bir vəziyyətdə olduğu bir dövrdə, Azərbaycan tarixində belə mərd və cəsarətli, diplomat qadınlarımızın mövcudluğu təqdirə layiq haldır. Sara Xatun uzaq tarixi keçmişimizdə yaşasa da onun siyasi mədəniyyəti, diplomatik fəaliyyəti və şəxsi şücaəti gələcək nəsillər üçün də örnəkdir.





Әlaqәdar Xәbәrlәr
Qəhramanlıq Salnamələri 23
Son Xәbәrlәr
“TRT-Türkiyənin səsi” haqqında TRT haqqında Әlaqә saxlayın Tezliklәr Media
TRT Radio
TRT Televiziya
TRT Xәbәr
TRT-nin tarixi
İstifadə qaydaları
Fikirlәriniz
Peyk vasitәsilә qәbul
Veriliş Proqramı
Fotoqalereya
Audio / Video
Podkast
Turkish Radio - Television Corporation Official Web Site