Göndərmə 12.07.2010 10:28:57 UTC
Güncəlləmə 12.07.2010 11:39:37 UTC
Oğuz elinin ünlü ozanı vә ağsaqqalı Dәdә Qorqud, qazı әrәnlәrin başına gәlәnlәrdәn sonra daim bu soylamanı qopuzunun müşayiәtindә söylәyib. Bәli, dünya ölümlü-itimli dünyadır, ancaq müqәddәs dövlәtlәrimiz әbәdiyyәtә kimi yaşayacaqdır. Çünkü Türk millәti Tanrı’nın yer üzündәki kölgәsidir, onun ordusudur.
Tanınmış şairimiz Yahya Kamal Beyatlı, Anadolu’da aparılan Azadlıq döyüşü zamanı yazdığı şeirinin bir bәndindә deyirdi:
Şu gәlәn Türk ordusudur ya Rabbi
Sәnin uğrunda ölәn ordu budur ya Rabbi
Taa yüksәlsin әzanlarla müәyyәd namın
Qalib et, çünkü bu son ordusudur İslam’ın!
Türkün oğulları vә qızları da tәbii olaraq özünә biçilәn bu missiyaya layiq hәrәkәt etmәlidir deyә düşünürәm.
Әvvәlki proqramlarımızda Dәdә Qorqud Dastanları’nda adı çәkilәn otağların yönü, memari qurğusu, hәr çadırın qurulduğu yer vә otağlarda xaqanın, bәylәrin vә xalqın oturduğu, tuttuğu yer barәdә söhbәt etmişdik. Bilirsiniz ki, onlarda bir nizam vardı, ancaq bu nizam necә gәldi elә edilmәzdi, onun da bir gәlәnәği vardı. Bu yertutma vәya oturma nizamının әfsanәvî hökmdarımız Oğuz Xaqan dövründә formalaşıb indiyә kimi gәlib çıxdığından danışmışdıq. Bugünkü söhbәtimizdә yenә Dәdә Qorqud’dakı nizamla bәzi Türk tayfalarının oturma vәya yertutma nizamıyla üst üstә düşmәsindәn danışacağam.
Dastandan bir hissә:
“Xanım hey! Oğuz zamanında Uşun qoca deyәrlәr bir kişi vardı. Övladdan iki oğlu vardı. Böyük oğlunu adı Әyrәk idi. Pәhlәvan, cәsur, yaxşı bir igid idi. Haçan istәsә Bayındır Xan’ın divanına gedib-gәlirdi. Bәylәrbәyi olan Qazan’ın divanında onun üçün qapı-baca yox idi. Bәylәri aşağı başda qoyub Qazan’ın lap önündә otururdu. Heç kәslә qaynayıb qarışmazdı.
Xanım, yenә bir gün Әyrәk bәylәri qoyub yuxarı başa keçәndә Tәrs Uzamış deyilәn Oğuz igidi dedi:
Ay Uşun Qocanın oğlu bu oturan bәylәr hәr biri oturduğu yәri qılıncı ilә, çörәyi ilә alıbdır. Әyә sәn baş mı kәsdin, qan mı tökdün, ac mı doyuzdurdun, yalın adam mı geyindirdin?
Dastanımız belә deyir. Oğuz gәlәnәğinә görә hәr boyun oturacaq yeri, bir damğası, bir onqunu yәni bir totemi vә ziyafәttә kәsilәcәk heyvanın әtindәn alacağı pay vardı ki, bu gәlәnәk Oğuz Xaqan’ın oğlu Gün Xan tәrәfindәn çıxarılan qanunla müәyyәn edilmişdi. Orta Asiya Türkmәnlәri arasında davam etdirilәn bu gәlәnәğә Әbülqazi Bahadır Xan, Şәcәrә-i Tәrakimә adlı әsәrindә işarәt edir. Anadolu’dakı Türkmәnlәrin yertutma gәlәnәği dә deyilәbilәr ki, eynidir. Sәlcuqlu Sultanı Әlәddin Keyqubad’ın verdiği bir ziyafәttә dә bu gәlәnәk eynilә hәyata keçirilib.
Görkәmli alimimiz Әbdülqadir İnan protokolda oturma nizamı ilә bağlı bir hadisәni eynilә bu cür nәql edib:
“1915. ildә Qıpçaq tayfası tәrәfindәn verilәn bir yuğ mәrasimindә birçox tayfa yığışmışdı. Hәr tayfa bir hәrbî hissә kimi vәzifәlilәrin yer göstәrmәsiylә birgә dәrhal ora yönәlir vә alaçıqlara doluşurdu. Nayman tayfası da öz mövqeyinә düşәn alaçıqları tutdu. Tayfanın qolları olan Baqanalı vә Baltalı oymaqları arasında yer üzündәn qalmaqal yarandı. Mәsәlәni hәll etmәk üçün Qıpçaq vә Arqın bәylәrinә müraciәt etdilәr.
Hakimlәr hәr iki tәrәfә dә qulaq asdı vә Baqanalıların haqlı olduğu qәrarına yetişdilәr. Çünkü әnәnәyә görә Baqanalılar böyük xanların çadırlarını idarә etmişdi, Baltalılar isә xanların aşxanalarına odun, yanacaq daşıma vәzifәsini yerinә yetirmişdi. Yәni, Baqanalıların mövqeyi onlardan yüksәkdi”.
Zәnginlik dә başa keçib oturmaqda kifayәtli sәbәb tәşkil etmirdi. Qazax-Qırğız şairlәrindәn biri olan Yusif Bәg’in, Ayman Çolpan Dastanı’na mövzu olan Çikli Kötübar ilә Tama Maman arasında 19. әsrdә yer üzündәn dava düşmüşdü. Çikli tayfası üçün qurulan çadıra varlı dövlәtli Tama tayfası öncәdәn gәlib yerlәşir. Törәyә vә әrkana görә Çiklilәr bundan etiraz edir vә Tamalarla aralarında qalmaqal düşür.
Alaçıq dediyimiz bu otağların içindәki oturma nizamı da Altay Türklәrindә eynidir.
Sol tәrәfdә kişilәr, sağda isә qadınlar oturur. Hörmәtli hesab olunan yerә “tör” deyilir. Bura, baş tәrәfdә vә qapının üzbәüzündәdir. Kişi qonaqlar burada oturur. Daha az nüfuzu vә hörmәti olan kişi qonaqlar buranın sol alt küncündә oturur.
Qadın qonaqlar isә yurdun sağ yanında oturur. Otağın vәya çadırın bir digәr adına isә yurt da deyilir. Şәrqi vә Cәnubşәrqi Anadolu’da yaşayan Kürdlәşmiş Türkmәnlәr dә çadıra yurd deyir.
Altaylarda ailә başçısının yeri “onur yeri” deyilәn vә hörmәtli hesab olunan yerin yanındadır. Onun yanında evin xanımının yeri, atanın yerinin böyründәdir. Evdә qonaq varsa evin kişilәri vә qadınları ona hörmәt göstәrmәk üçün qapıya sarı gәlir, bununla da ona hörmәtini bildirmiş olur.
Oğullar isә qonağa hörmәt göstәrmәk üçün düz qapının yanına sarı çәkilirlәr vә sol yanda yığışırlar. Xidmәtçilәr isә qapının kәnarında otururlar. Evin böyüğü qapı kәnarında oturan yoxsullara yardım edir, yemәk, azuqә verir.
Biz Türklәrdә bir ailә içindә belә, hәr bir şәxsin oturacağı yer müәyyәn edilib. Türk ailәsi, Türk dövlәtinin mikro hissәsidir, yәni özәyidir. Bu özәk, tәbiәtin hәr cürә çәtin sınağından uğurla çıxmış, saat dәqiqliyindә işlәyәn bir nizama malikdir. Türk millәtinin tarixi, mәdәniyyәt tarixi ilә birgә başlayır, çünkü mәdәniyyәt tarixini yaradanın özü dә Türk millәtidir. Bilinәn әn qәdim dövrlәrә kimi gedib çıxdığımızda belә, Türk ailәsi, Türk dövlәti vә Türk nizamının, qarşımızda qranitdәn tikilmiş bir qala kimi dayandığını görürük. Hun Xaqanı Mәtә, Eradan Qabaq 200 ilindә Pәtәng yaylağında 400 min nәfәrlik ordusunu dört at rәnginә görә tәnzim edәrәk Çin imperatoru Kao’nu mühasirәyә salmış vә ona ağır şәrtlәri olan bir saziş imzalatdıqdan sonra bir siçan yolu verib Çin’ә yola salmışdı. Günümüzdәn 2200 il qabaq dörd yüz min nәfәrlik ordunun dörd at rәnginә görә tәnzimlәnmәsinin, saat dәqiqliğindә idarә edilmәsinin nә boyda bir şüurdan törәmiş gәlәnәkdәn qidalandığını özünüzün fikirlәşmәsini istәyirәm.
Mәtә Xaqan’ın ordusunu idarә etdiği nizam ilә söhbәtimizin başında işarә etdiğimiz Uşun Qoca Oğlu Әğrәk’in aşına aşına ocaq başına çıxmasından yaranan narahatçılıq, münasibәtiylә dә Dәdә Qorqud Dastanları’ndakı oturma vә yertutma nizamı arasında müәzzәm bir oxşarlıq vardır. Bu oxşarlıq, Türk dövlәt gәlәnәğinin nәsildәn nәslә ötürülmәsinin dә dәlilidir.